Ru
13:23 / 10 May 2024

İrəvanda tələbələr Qalstanyana qoşulur - Etirazçıların sayı artır - VİDEO

1173
İrəvanda erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi, Respublika meydanından universitetlərə doğru istiqamət alan yürüş iştirakçılarının sayı artır.

Bakupost.az xəbər verir ki, bu barədə "Ermənistan xəbərləri" bildirib.

Qeyd olunur ki, Qalstanyana müxtəlif universitetlərin tələbələri qoşulur:

"O, qısa müddətə universitetlərdə dayanır, tələbələri hərəkata qoşulmağa, torpaq itkisinin qarşısını almağa çağırır. Yürüş iştirakçıları artıq İrəvan Dövlət Universiteti, Politexnik və Aqrar Universitetlərin, İrəvan Konservatoriyasının qarşısından keçiblər".

Xatırladaq ki, bir gün əvvəl İrəvanın Respublika meydanında çıxış edən Qalstanyan mayın 10-da səhər saatlarında paytaxtda və regionlarda itaətsizlik aksiyalarına başlamağa çağırıb.

Zaur, BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər