Ru
11:09 / 02 Aprel 2024

İrəvanın yeni planı: "Atəşkəsi ona görə pozurlar ki..." - ŞƏRH

2772
“Bütün bunlar Ermənistanın çox çətin vəziyyətdə olmasının göstəricisidir. Onların ölkədə Avropa Birliyinin sülh missiyasının hərbiləşdirilmiş formasını yaratması və ABŞ-ın, bəzi Avropa dövlətlərinin hərbçilərini Ermənistana gətirmək istəyi hələlik havadan asılıdır. Ona görə Ermənistanın vəziyyəti gərginləşdirməsi, dünyanın diqqətini regiona yönəltməsi, guya Azərbaycanın onlara qarşı təzyiq etdiyini dünya ictimaiyyətinə çatdırmaq istəyi avantürist addımları diqtə edir”.



Bunu Bakupost.az -a açıqlamasında yazıçı Səfər Alışarlı Ermənistanın Naxçıvandakı mövqelərimizi atəşə tutması haqda danışarkən deyib.

S.Alışarlı Ermənistanın bu təxribatlarla yeni havadarlar axtarışında olduğunu bildirib:

“Ona görə son günlər istər Zəngəzur sərhədində, istər Kəlbəcər, istərsə də Naxçıvanda ermənilərin atəşkəsi pozmaq cəhdləri müşahidə olunur. Onlar bu addımla dünya ictimaiyyətinin diqqətini regiona yönəltməyə çalışırlar ki, Rusiyadan nisbətən asanlıqla qopa və Ermənistanı Avropa Birliyi, eləcə də ABŞ-ın, Fransanın himayəsinə sala bilsinlər”.

S.Alışarlı bütün bunlara baxmayaraq, Azərbaycanın işğal altında olan kəndləri qaytarmaqda mövqeyinin qəti olduğunu deyib:

“Azərbaycan çox haqlı olaraq erməni işğalında olan kəndlərin qaytarılması məsələsini qətiləşdirir. Paşinyanın durumu çox çətindir. Qazaxın erməni işğalında olan kəndlərində əhalinin dirəniş göstərməsi kimi xəbərlər isə vəziyyəti bir az da dramatikləşdirmək üçündür. Çünki onlar bilirlər ki, Azərbaycan Ordusu hərəkətə keçsə, bir neçə saatın içində o kəndlərin taleyini həll edə bilər. Amma bununla belə artistcəsinə orda yığıncaqlar keçirirlər, guya hökumətə tabe olmayan silahlı birləşmələri nümayiş etdirirlər, Paşinyan özü ora gəlir və sair. Ona görə də Azərbaycan hökumətinin təmkin və səbri, eləcə də bu provakasiyalara münasibəti normaldır. Hesab edirəm ki, yaxın vaxtlarda adı çəkilən kəndlərin qaytarılmasıyla bağlı addımlar atılacaq və məsələlər həll olunacaq”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər