Ru
15:33 / 29 Mart 2024

İrina Şeyk kristal büstqalterdə - FOTO

3130
Tanınmış model İrina Şeyk Swarovski kompaniyasınını kristal büstqalterində "parıldayan qatil" obrazında görüntülənib.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, 38 yaşlı model Swarovski-nin 2024-cü il üçün yaz-yay kampaniyasının fotolarını paylaşıb və pərəstişkarlarını bənzərsiz görünüşü ilə sevindirib.

İrinanın bədəni gümüş kristallarla bəzədilib. Qara saçları arxaya daranıb, saçının hər tərəfinə xırda kristallar yerləşdirilib. O, boynuna göz qamaşdıran büstqalterin yuxarı hissəsinə qədər uzanan pilləli boyunbağı taxıb.

İrina animalistik görünüşünü ilan formasında olan uzun gümüş qolbaq və bütün qulaqlarını örtən sırğalarla tamamlayıb.

Model İnstaqramda kampaniyadan bir neçə foto, eləcə də çəkilişdən kadrarxası videolar paylaşıb.



Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər