İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının 24 taborundan 20-ni məhv edib.
Bakupost.az xəbər verir ki, bu barədə Amerikanın “Merit Street Media” telekanalına müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz HƏMAS-ın 24 terrorçu taborundan 20-yə yaxınını məhv edə bildik. Rəfahda məhv etməli olduğumuz daha 4 tabor var. Ona görə də Rəfaha daxil olmaq istəyirik”, - deyə İsrail hökumətinin başçısı bildirib.
Eyni zamanda Netanyahu İsrailin Rəfah əməliyyatı zamanı “çox güclü müqavimətlə üzləşəcəyini” etiraf edib. Lakin o, İsrail hərbçilərinin bunun öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.
Zaur
BakuPost