Ru
07:14 / 13 İyun 2025

İsrail İrana genişmiqyaslı zərbələr endirdi: SEPAH-ın əsas adamları öldürüldü

İsrail İrana genişmiqyaslı zərbələr endirdi: SEPAH-ın əsas adamları öldürüldü
Eye

Bu gecə İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə genişmiqyaslı hava zərbələri endirib.


Bakupost.az xəbər berir ki, jücumun əsas hədəfləri arasında hərbi qərargahlar, strateji obyektlər və Natanz nüvə kompleksi olub. İsrailin müdafiə naziri İsrael Katz əməliyyatı “preventiv zərbə” adlandırıb və İranın mümkün cavab hücumuna qarşı ölkə əhalisini xəbərdar edib. İsrailin mərkəzi bölgələrində hava hücumu siqnalları eşidilib, əhaliyə təcili təlimat göndərilib və fövqəladə vəziyyət rejimi tətbiq olunub.


İsrailin həyata keçirdiyi bu hücumlar nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlami həlak olub. Bu barədə ilk məlumatı İranın “Mehr” agentliyi yayıb və daha sonra dövlət televiziyası tərəfindən təsdiqlənib.

Hücum zamanı həmçinin Xatəmül-Ənbiya qərargahının komandiri, general-mayor Qulaməli Rəşid də öldürülüb. Zərbələr Natanzdakı nüvə obyektlərinə də yönəlib və nəticədə üç nüvə alimi, o cümlədən Fereydoun Abbasi-Davani və Mohammad Mehdi Tehranchi həyatını itirib.

Tehranda və digər şəhərlərdə partlayış səsləri eşidilib, İranın hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. İran hava məkanını qismən bağlayıb, ölkə daxilində fövqəladə təhlükəsizlik tədbirləri görülüb.

Hazırda vəziyyət son dərəcə gərgindir və hər iki tərəfdən növbəti addımlar gözlənilir. Beynəlxalq ictimaiyyət bölgədə mümkün eskalasiyadan narahatlığını ifadə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar