Ru
10:27 / 14 İyun 2025

İsrail - İran müharibəsində ölənlərin SAYI

İsrail - İran müharibəsində ölənlərin SAYI
Eye

İran və İsrail səhər saatlarından başlayaraq bir-birilərini yenidən hava hücumları ilə hədəfə alıblar.

Bakupost.az "Reuters"ə istinadən xəbər verir ki, İsrailin təcili yardım xidməti, evlərinin yaxınlığına raket düşməsi nəticəsində bir kişi və bir qadının həlak olduğunu, onlarla insanın isə yaralandığını bildirib.

Axtarış-xilasetmə qrupları Tel-Əvivin yaxınlığında yerləşən Rişon Lesion şəhərində binaların dağıntıları altında axtarış aparırlar.

İsrailin müdafiə naziri İsrael Kats İran rəhbərliyinin mülki şəxslərə atəş açmaqla qırmızı xətti keçdiyini və bunun nəticələrinin ağır olacağını deyib.

İranın BMT-dəki nümayəndəsi Əmir Səid İravani isə İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda aralarında yüksək rütbəli hərbçilərin də olduğu 78 nəfərin öldüyünü, əksəriyyəti mülki şəxs olmaqla 320-dən çox insanın yaralandığını bildirib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar