Ru
18:36 / 16 May 2025

İsrail Qəzza ilə bağlı planlarını açıqlayıb - Gizli sənəd

İsrail Qəzza ilə bağlı planlarını açıqlayıb -  Gizli sənəd
Eye

İsrail HƏMAS-dan sonrakı Qəzza üçün yeni bir idarə forması yaratmağı planlaşdırır.

Bakupost.az Euronews-a istinadən xəbər verir ki, bununla bağlı

2023-cü ilin dekabrına aid olan “Qəzzanın təhlükəsizlik və bərpa proqramı: HƏMAS-dan sonrakı gün necə olmalıdır?” adlı 32 səhifəlik sənəd mövcuddur.

Həmin akademik araşdırmada HƏMAS-ın devrilməsindən sonra Qəzzada iqtisadi yenidənqurma, infrastruktur quruculuğu və “qətl ideologiyasının kökünün kəsilməsi” nəzərdə tutulur.

Sənəddə Fələstin Dövləti və ya Fələstin Muxtariyyətinin Qəzzada suverenliyinə və ya humanitar yardım missiyalarına yer verilmədiyi açıq şəkildə bildirilir.

“Qəzzada Fələstin dövləti yaratmaq ideyası təhlükəlidir,” – deyə orada vurğulanır.

İsrail Müdafiə Qüvvələrinin bölgənin idarəsində söz sahibi olacağı güman edilir.

Hökumətin yüksək rütbəli rəsmisi və hakim koalisiyanın üzvü olan millət vəkilləri Ohad Tal və Simxa Rotman sənədin orijinallığını təsdiqləyiblər. Tal bildirib ki, bu plan hökumətin nəzərdən keçirdiyi variantlar sırasındadır.

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi isə bu məsələ ilə bağlı müraciətlərə cavab verməyib.
Amin Rızayev,
BakuPost

Şərhlər
  • B.Qarabağlı

    Azərbaycanımız foto qeyddəkinə bənzər 33 illik vəhşi-hərbi dağıntılardan məcburi savaş və Kremin üçtərətərəfli razılığı ilə qurtulub. Bərpa üçünsə daha 50-60 il və əlavə resurslar lazımdır?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar