Ru
17:56 / 06 May 2024

İsrail Rəfahın şərqinə zərbə endirdi: Yeni köç başladı - VİDEO

1070
İsrail ordusu Qəzza zolağının cənubunda fələstinlilərin sığındığı Rəfahın şərqinə hava zərbələri endirib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində bölgədən partlayış səslərinin eşidildiyi və tüstünün yüksəldiyi bildirilib.

İtkilərin olub-olmamasıyla bağlı rəsmi mənbələr hələlik açıqlama verməyiblər.

İsrail ordusu bu səhər verdiyi açıqlamada qaçqın düşmüş fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib. Bildirilir ki, Rəfahın şərqindəki bölgədə təxminən 100 min fələstinli məskunlaşıb. İsrail ordusunun Rəfaha qurudan hücum edəcəyi ilə bağlı narahatlıqlar səbəbilə bölgənin şərqində artıq məcburi köç başlayıb.



Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər