Ru
21:42 / 16 İyun 2025

İsrailin inanılmaz zərbəsi: İran xalqı artıq azaddır, izlənilmir…

İsrailin inanılmaz zərbəsi: İran xalqı artıq azaddır, izlənilmir…
Eye

İsrail qırıcılarının dünən həyata keçirdiyi bombardman zamanı 2 bina xüsusi hədəfə alınmışdı.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib.

“1. İlk zərbə İraki küçəsində yerləşən İran Kəşfiyyat Nazirliyinin Video Müşahidə Mərkəzinə endirilib.
Bu binada bütün İrana nəzarət edən vahid video müşahidə sisteminin avadanlıqları, infrastruktur və serverləri yerləşirdi.

Sistem ölkə daxilində insanların hərəkətini real vaxt rejimində izləməyə, video arxivdə axtarış aparmağa və “şəxsi qayda pozuntularını”, məsələn, hicab qaydalarının pozulmasını qeydə almağa imkan verirdi. Başqa sözlə, məhz bu binada İran xüsusi xidmət orqanları ölkəyə total nəzarəti həyata keçirirdi.

Məlumata görə, hücum nəticəsində avadanlığın 80-90%-i, o cümlədən əsas serverlər və analitik mərkəzlər məhv edilib.

2. Tehranın Sabunçi küçəsinin 5-ci dalanında yerləşən binaya zərbə endirilib.

Bu binada SEPAH-ın siyasi represiyallar mərkəzi yerləşirdi. Həmin qurum siyasi fəalların, jurnalistlərin və etirazçılarının dindirməsi, qorxudulması və şərlənməsilə məşğul idi.

İsrail HHQ-nin raketi düz binanın ortasına dəydi və bina tamamilə məhv edildi.

Zərbə nəticəsində qurumun ali rəhbərləri, müstəntiqləri, əməliyyatçıları və xüsusi xidmət orqanlarının əməkdaşları öldürüldü.

Amma ən əsas məsələ ondadır ki, siyasi təqiblərə məruz qalanların on minlərlə sənəd və dosyeləri məhv edilib.

Molla rejiminin repressiya aparatının onurğa sütunu qırılır və bu baxımdan baş verən hadisələr çox önəmlidir. Repressiya aparatının çökməsi molla rejiminin çökməsilə nəticələnə bilər və İsrailin əsas hədəfi də budur”, - o bildirib.

Aygün,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar