Ru
16:02 / 05 İyul 2025

İsrailli analitik İranın bu obyektlərinin xəritəsini hazırladı - Video

İsrailli analitik İranın bu obyektlərinin xəritəsini hazırladı - Video
Eye

İsrailin tanınmış təhlükəsizlik analitiki Ben-Tsiyon Makals İrandakı raket obyektlərinə dair 30-dan çox peyk şəklini araşdıraraq, 12 günlük müharibə zamanı zərər görmüş obyektlərin xəritəsini hazırlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı xarici KİV-ə istinadən məlumat yayıb.

Təhlükəsizlik analitiki "Yüksələn şir" əməliyyatı zamanı Təbriz, Kermanşah, Xürrəmabad, Tehran, Qum, İsfahan, Şiraz və Yəzddə 20-dən çox raket bazasının vurulduğunu açıqlayıb.

"Bu bazalarda raket hazırlıq və buraxılış strukturları, idarəetmə binaları və silah anbarları hədəf alınıb. Xüsusi diqqət yeraltı tunellərin girişlərinə yönəlib. Bir çox bazalarda tunel girişləri zərər görüb, bloklanıb və ya dağıdılıb", - deyə ekspert qeyd edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar