İsrailin Evin zindanına endirdiyi hava zərbələrindən sonra bəzi məhbuslar həbsxanadan qaçıb.
Bakupost.az xəbər verir ki, bununla bağlı İranın Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Əsgər Cahangiri deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində maliyyə cinayətlərinə görə həbs olunan 5 nəfər məhbus da həyatını itirib.
Cahangiri qaçan məhbusların sayını açıqlamayıb.