Ru
13:43 / 02 May 2024

İşsizlik, bahalıq, tıxac xaosu… Ölkəni nə gözləyir? - Vahid Əhmədovla müzakirə - VİDEO

13581

Millət vəkili Vahid Əhmədova müsahibə üçün zəng edəndə "Sabah səhər 10-da gəlin" dedi. Düzü, əvvəl elə bildik, Milli Məclisdə görüşəcəyik. Az sonra köməkçi zəng elədi, "Sizə Vahid müəllimin ofisinin konumunu göndərirəm, ora gələrsiniz" dedi.


Dünən səhər 10-a qalmış Xətaidəki tıxacdan qurtulub özümüzü birtəhər Montinə - Murtuza Nağıyev küçəsinə yetirdik. Amma ofisi tapmaq üçün xeyli var-gəl elədik. Taksi naviqatorlarının bələdçiliyinə bələdsiz axı... Bir az aralıda düşmüşdük. Axırda əlacsız qalıb bir də millət vəkilinin köməkçisinə zəng etdik. "Şeyxin evinin yanına gəlin, mən sizi qarşılayaram" dedi. "Aha, indi gəl, Şeyxin evini tap". Amma elə də çətin olmadı. Demə, burda Şeyxin evi deputatın ofisindən daha məşhur imiş... Özü də bir tək Şeyxin yox, iri çaplı xeyli məmurun 3-4 mərtəbəli, dəyəri milyon dollarla ölçülən villaları... "Milyonerlərin qonşusu...Yəqin Vahid müəllimin də dəbdəbəli ofisi olar"... Amma sovet dövründə tikilən beşmərtəbəli binanın birinci mərtəbəsindəki ofisə çatanda zənnimizin bizi aldatdığını gördük. Burda dəbdəbədən əsər-əlamət yox idi. Sadə, o qədər də geniş olmayan, hətta yarımqaranlıq ofisdəki mebellerin çoxu bəlkə də elə sovetdənqalma idi...


Bir qədər yubandığımızdan millət vəkili şikayətə gələn seçicisini qəbul etmişdi. Amma qəbul cəmi 3-4 dəqiqə çəkdi.


Millət vəkili ilə söhbətimizə elə ötən il bu vaxtlar verdiyi müsahibəyə görə həmkarları tərəfindən "linç edilməsi"ndən başladıq. Başqa, daha yuxarı səviyyədə təzyiqlər də olmuşdumu? Millət vəkili Vahid Əhmədov Bakupost.az -a müsahibəsində həmkarlarının haqsız hücumundan, ölkədəki işsizlik, bahalıq, paytaxtdakı nəqliyyat xaosu, gözlənilən referendum və parlament seçkilərindən, hətta Səfər Əbiyevlə dostluğundan da danışdı...

Ətraflı videoda...





Zahid
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər