Ru
18:16 / 13 May 2025

İzləyici cihaz dadına çatdı - Oğurlanan "Range Rover"ini Afrikada tapdı - VİDEO

 İzləyici cihaz dadına çatdı - Oğurlanan "Range Rover"ini Afrikada tapdı - VİDEO
Eye

Britaniyalı kişi oğurlanmış avtomobilini Afrikada tapıb.

Bakupost.az "The Sun"a istinadən xəbər verir ki, dəyəri 50 min funt-sterlinq olan "Range Rover" avtomobili 44 yaşlı Cimmi Mandeyin evinin qarşısından oğurlanıb.

İnformasiya tenologiyaları üzrə məsləhətçi kimi çalışan Mendi, ehtiyatlı davranaraq avtomobilin içinə "Apple AirTag" izləyici cihazı yerləşdirib.

“Avtomobil Aralıq dənizi, Süveyş kanalı, Misir, Sudan, Cənubi Sudan və Uqandadan keçərək Tanzaniyaya çatanda onu xəritədən izləyirdim,” – deyə o bildirib.

Polisin verdiyi məlumata görə, belə avtomobillər tez-tez Şərqi Afrikadan gələn sifarişlər əsasında oğurlanır, çünki orada sağ sükanlı maşınlara, xüsusilə də yerli elitalar arasında, böyük tələbat var.

Hal-hazırda avtomobil Tanzaniyadadır və izləyici cihazın göstərdiyinə görə, hər gün eyni marşrut üzrə gedib-gəlir. Üstəlik, avtomobilin içində Mendinin sevimli şlyapalarından biri hələ də qalır.

Mendinun dostları bu hadisənin filmə çevriləcək qədər maraqlı olduğunu deyir.

Hadisələrin bu şəkildə inkişafına baxmayaraq, Mendi ümidini itirmir və bir gün avtomobilini geri qaytaracağına inanır.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar