Ru
14:26 / 29 Mart 2024

Kadir İnanırın vəziyyəti açıqlandı

3138
Türkiyəli sənətçi Kadir İnanırın vəziyyəti açıqlanıb.

Bakupost.az xəbər verir ki, Ümraniye Təhsil və Araşdırma Xəstəxanasında reanimasiyada müalicə alan İnanırın müalicəsi davam edir.

Xəstəxananın baş həkimi Prof. Dr. Necdet Sağlam sənətçinin durumu ilə bağlı yeni açıqlama verib.

Açıqlamada İnanırın bu gün daha yaxşı olduğunu və danışmağa başladığını bildirib.

İnanırın digər xəstəliklərinin də nəzarət altında olduğunu bildirən Sağlam, "Tətbiq edilən tibbi müalicələrə müsbət reaksiya var. Otura bilir, fizioterapiya prosesi davam edir. Müalicəsi reanimasiyada davam edir. Amma tezliklə reanimasiyadan çıxarmağı planlaşdırırıq", deyə əlavə edib.

74 yaşlı Kadir İnanır ötən günlərdə səhər saatlarında Beykozdakı evində insult keçirib.

İnanır huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

Əməliyyatda bağlı beyin damarının açıldığı bildirilib.

İki gün əvvəl oyanan İnanırın tezliklə evə buraxılacağı gözlənilir.



Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar