"Tutduğum vəzifədən azad edilməyim üçün müraciət etmişəm".
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov"Çeçenya Today" agentliyinə açıqlamasında bildirib.
Kadırov istefa verə biləcəyi ilə bağlı yayılan xəbərləri belə şərh edib: "Vəzifəmdən azad olunmağımı xahiş edirəm.
Başqasının öz təşəbbüsü, öz baxışı olacaq. Ümid edirəm ki, mənim xahişim dəstəklənəcək".
Çeçenistan rəhbəri ondan bu addımı atmasını konkret olaraq kimin tələb etdiyini açıqlamayıb.