Moskvada “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıdıb.
Bakupost.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının vəzifəli şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşü zamanı deyib.
Baş Prokuror bu terror aktını şiddətlə qınadığını, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə, yaxınlarına səbr, yaralananlara isə tezliklə şəfa diləyib.