Ru
15:52 / 15 Aprel 2025

Keçmiş deputat vəzifəyə seçildi - FOTO

Keçmiş deputat vəzifəyə seçildi - FOTO
Eye

Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Bakupost.az "Müsavat"a istinadən xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, eləcə də Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

Konfransda təşkilati məsələlər müzakirə edilib. Kəlbəcər Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş millət vəkili Aqil Məmmədov səsvermə yolu ilə Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Qeyd edək ki, Aqil Məmmədov Yeni Azərbaycan Partiyasından 6-cı çağırış Milli Məclisin deputatı olub.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar