Ru
11:42 / 12 May 2025

Kəmaləddin Heydərov rəisi CƏZALANDIRDI

Kəmaləddin Heydərov rəisi CƏZALANDIRDI
Eye

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Bakupost.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə polkovnik-leytenant Aqil Ağayev vəzifəsindən azad olunaraq, paytaxtda yanğın bölmələrinin birinin rəisi təyin olunub.

Kəmaləddin Heydərovun digər əmri ilə Binəqədi Rayon 3-cü Yanğından Mühafizə Bölməsinin rəisi daxili xidmət mayoru Şahmalı Əhmədov Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, vəzifəsi hissə rəisindən bölmə rəisinə endirilən Aqil Ağayev ötən ilin avqust ayında Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunmuşdu.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar