Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:35 / 19 Mart 2024

"Kəndləri qaytarmasaq, yenidən müharibə olacaq" - Paşinyan

6096
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla həmsərhəd Tavuş rayonuna səfəri və yerli sakinlərlə görüşündə bir sıra maraqlı açıqlamalar verib.

Bakupost.az "Novosti Armeniya"ya istinadən xəbər verir ki, o, Voskepar kəndinin sakinləri ilə görüşündə yenidən müharibənin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib:

"Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina etsə, həftənin sonuna qədər yeni müharibə ola bilər. Mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında qarşılaşanda deyəcəksiniz: "Yaxşı, biz adi kəndlilərik, bizim məlumatımız yox idi, amma, axı siz hər şeyi bilirdiniz".

O, həmçinin əlavə edib ki, Ermənistan nə isə verirsə belə, əvəzində nə isə tələb edir:

"Ermənistan Azərbaycanla müharibəyə yol verməməlidir. Buna görə sərhədləri düzəltmək lazımdır. Tavuş rayonunda Baqanis kəndindən Tavuş vilayətinin Berkaber kəndinə qədər sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün real imkan var".

Eyni zamanda, Ermənistan baş naziri hakimiyyətin Tavuşda erməni kəndlərinin mühasirəsini istisna etmək üçün yeni yollar salmağı planlaşdırdığını bildirib.

Xatırladaq ki, hələ 90-cı illərin əvvəllərində ermənilər Azərbaycan ərazisində yeddi kəndi işğal edib. Onlardan 4-ü - Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax rayonu ərazisindədir. Daha üç kənd - Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar