Ru
13:39 / 21 Sentyabr 2026

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov
Eye

Son günlər Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə duet oxuması çoxlarının dilindən düşmür. Xeyli insan bu birgə işi tənqid etdi.

"Bakupost" xəbər verir ki, Kulis.az Xalq artisti ilə müsahibədə bu barədə onun mövqeyini öyrənib:

– Alim bəy, Üzeyir Mehdizadə ilə duetiniz, belə deyək, cəmiyyətdə şok effekti yaratdı. Təklif necə gəldi?

– Üzeyir bəy mənimlə əlaqə saxladı. Bir mahnı var, musiqisini yazanda səni düşünmüşəm dedi. Qulaq asdım, sözlərini, müsiqisini bəyəndim və oxudum. Əsas da mahnının sözləri ürəyimə yatdı.

– Ancaq duet insanlar tərəfindən birmənalı qarşılanmadı. Əvvəlcədən təxmin etmişdiniz?

– Yox. Daha doğrusu, bu qədər yox. Ancaq Üzeyirlə duetimizin belə qarşılanacağı təxmin edirdim, amma bu da bir yenilikdir. Kim tənqid edir, özü bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar