Ru
15:55 / 05 İyul 2024

Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi? - Ərdoğan

Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi? -  Ərdoğan
Eye

"Kimsə almanların formasında qartal var deyirmi? Fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

Bakupost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə başçısı milli komandanın futbolçusu Merih Demiralın UEFA tərəfindən 2 oyunluq cəzalanmasına münasibət bildirib.

"Merih orada bu görüntü ilə həyəcanını nümayiş etdirib", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. "Ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar