DNT nümunələrinin tədqiqi Fələstin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın Qəzza zolağında məhv edilməsi faktını təsdiqləyir.
Bakupost.az xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Kanalın bildirdiyinə görə, bu barədə İsrail təhlükəsizlik xidmətlərindəki mənbələr açıqlama veribr.
"Kan"ın mənbələri qeyd edir ki, Sinvarın keçmişdə İsrail həbsxanalarında saxlanması onun kimliyini müəyyən etməyi asanlaşdırıb.
Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti Qəzza zolağında döyüşlər zamanı 3 fələstinli radikalın öldürüldüyünü və onlardan birinin, ehtimal ki, Sinvar ola biləcəyini bildirmişdi. Qeyd olunmuşdu ki, hazırda hərbçilər həlak olanların kimliyini dəqiqləşdirir.
Sky News Arabia-nın mənbəsi RəfahdaHƏMAS-ın siyasi büro rəhbərinin ölümünü təsdiqləsə də, hələlik rəsmi məlumat yoxdur.
Zaur, BakuPost