Ru
15:21 / 19 May 2025

Kiyevdə terror planlaşdıran Rusiyanın 17 yaşlı agenti SAXLANILDI

Kiyevdə terror planlaşdıran Rusiyanın 17 yaşlı agenti SAXLANILDI
Eye

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb. Hadisə barədə məlumat xidmətin mətbuat xidməti tərəfindən yayılıb.

Bakupost.az xəbər verir ki, Kiyevdə törədilməsi planlaşdırılan partlayışın arxasında cəmi 17 yaşlı yeniyetmə dayanıb.

Məlumata görə, həmin yeniyetmə əvvəllər hərbi avtomobillərin yandırılması ilə bağlı saxlanılıb. Azadlığa çıxdıqdan sonra o, yenidən Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqə yaradıb və Kiyevdəki hərbi qeydiyyat və çağırış idarəsini partlatmaq tapşırığını alıb. O, bu məqsədlə gizli yerdə saxlanılan partlayıcı maddəni əldə etməyə çalışarkən saxlanılıb.

Hazırda ona qarşı terror aktı hazırlığı, cinayətkar qrupda iştirak və dövlətə xəyanət maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlarla 17 yaşlı gənc 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar