Ukraynanın paytaxtının meri Vitali Kliçko Kiyev şəhər hökumətinin işinin effektivliyini araşdırmaq üçün komissiya yaradılması qərarını kəskin tənqid edib.
Bakupost.az Ukrayna KİV-ə istinadla xəbər verir ki, o, deputatları manipulyasiyada ittiham edib.
Kliçko siyasi mübarizənin davam etməsindən təəssüfləndiyini bildirib. Əlavə edib ki, onun fikrincə, parlamentdə müvəqqəti istintaq komissiyası cəmiyyəti manipulyasiya etmək və paytaxt hakimiyyətini gözdən salmaq üçün yaradılıb.
Zaur, BakuPost