Ru
14:44 / 11 May 2024

Köhnə məhəlləsini axtarırdı, 22 il öncə ölən adamı tapdı

1418
Köhnə məhəlləsini axtaran şəxs 22 öncə itkin düşmüş adamın cəsədini tapıb.

Bakupost.az xəbər verir ki, maraqlı hadisə Amerika Birləşmiş Ştatlarında baş verib.

Belə ki, adı açıqlanmayan şəxs “Google” üzərindən köhnə məhəllələrini axtararkən ilginc hadisəylə qarşılaşıb. O, 22 il əvvəl yoxa çıxan Uilyam Moldtun cəsədini aşkar edib.

Bildirilir ki, Uilyam Moldt 1997-ci ilin noyabrında Floridada bir gecə klubundan çıxdıqdan sonra itkin düşüb. Sevgilisi 40 yaşlı Moldtan bir daha xəbər ala bilməyib.

Köhnə məhəlləsini axtaran adam isə göldə bir avtomobil aşkar edib. Hadisə yerinə xilasedicilər çağırılıb, avtomobil sudan çıxarılandan sonra sükan arxasındakı skeletin Uilyam Moldta məxsus olduğu müəyyən edilib.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər