Ru
10:17 / 04 Aprel 2024

Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi - FOTOLAR

1475
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun aprelin 4-də rəsmi qarşılanma mərasimi olub.

Bakupost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Konqo Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti Deni Sassu-Nqessonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Konqo Prezidentinə raport verdi.

Prezident Deni Sassu-Nqesso Azərbaycan əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Konqo Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Konqo Prezidentinə, Konqo nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Konqo Prezidenti Deni Sassu-Nqessonun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi -  FOTOLAR
Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi -  FOTOLAR
Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi -  FOTOLAR
Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi -  FOTOLAR
Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi -  FOTOLAR
Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi -  FOTOLAR
Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi -  FOTOLAR
Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi -  FOTOLAR
Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər