Ru
13:41 / 01 Oktyabr 2024

Koronanın yeni variantı sürətlə yayılır - Qonşu ölkədə də aşkar edildi

1737
Rusiyada koronavirusunun yeni XES variantına 7 yoluxma halı qeydə alınıb.

Bakupost.az "KP"-yə istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor"dan bildiriblər.

Departamentdən qey edilib ki, ekspertlər koronavirusun yeni variantı ilə bağlı vəziyyəti diqqətlə izləməyə davam edirlər.

"Bütün dövr ərzində cəmi yeddi yoluxma aşkar edilib", - deyə "Rospotrebnadzor"un Telegram kanalında bildirilib.

Departamentin məlumatına görə, son bir həftə ərzində Rusiyada 35 mindən çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb ki, bu da əvvəlki həftədən 3,2% azdır.

KP.RU saytı yazır ki, koronavirusun XEC adlı yeni variantı ilk dəfə 2024-cü ilin iyununda Almaniyada müəyyən edilib. O vaxtdan bəri bir neçə ölkədə - Böyük Britaniya, Danimarka, ABŞ və s. yeni variant sürətlə yayılır, lakin o, Omicron variantlarından heç də təhlükəli deyil.

Rusiyalı viroloq Aleksandr Çepurnov əmindir ki, yeni növ koronavirus törədicisindən minimal dərəcədə fərqlənəcək. Fərqlər genetik səviyyədə olacaq, lakin xəstə üçün təzahürlər eyni qalacaq.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar