Ru
12:27 / 03 İyun 2025

Kosmetika yeyən bloger qız öldü - FOTO

Kosmetika yeyən bloger qız öldü -  FOTO
Eye

Tayvanda kamera qarşısında kosmetik məhsullar yeyən bloger qız ölüb.

Bakupost.az xəbər verir ki, bu barədə South China Morning Post bildirib.

İnternetdə Guava Beauty kimi tanınan 24 yaşlı qızın müxtəlif kosmetik vasitələrin dadına baxdığı videolar çəkdiyi bildirilir. O, kamera qarşısında dodaq boyası, ənlik və pambıq diskləri yeyib.

Kosmetikanın yeyilə biləcəyinə şübhə edən bir çox istifadəçi onun videolarından şoka düşüb.

Mayın 24-də Guava Beautynin profilində qızın qəfil ölümünə eyham vuran yeni təsvir peyda olub. Daha sonra ailəsi onun öldüyünü bildirib.

İndi mərhumun abunəçiləri onun kimyəvi zəhərlənmədən ölə biləcəyinə əmindirlər. Bundan əvvəl bəzi şərh yazanalr ona kosmetik mukbangların mümkün sağlamlıq riskləri barədə xəbərdarlıq ediblər.


Zaur,
BakuPost

Şərhlər
  • B.Kolxozdar

    Ey-hey..., makiyaj-шпаклёвка ReklamLıyanlar, *Dolğu* sevdirib-yeritdirənlər, əsl həkimlər, müalicəyə zəruri ehtiyacı olmayan orqanlara-canlara naməlum cövhərləri belə yeritməyin, qarşısını alın. Sağlamlıq və gözəllik tamamilə digər duyğu-dözüm və etibarlı-səbrli təbii münasibətlərdir!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar