Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:15 / 03 Aprel 2024

Kredit faizləri aşağı salınır? - Açıqlama

2648
“Bankların aktivlərinin formalaşmasında Mərkəzi Bankın iştirakı zəif olduğu üçün faktiki olaraq uçot dərəcəsinin dəyişməsi kredit faizlərinə təsir göstərmir. Uçot dərəcəsinin 3 faizə qədər düşdüyü və 15 faizə qalxdığı zamanlar olub. Amma bu, kredit faizlərinə ciddi şəkildə təsir etməyib. Mərkəzi Bank uçot dərəcəsi alətini kredit faizlərinə təsir aləti olaraq istifadə etməkdə çətinlik çəkir”.



Bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov deyib.

O qeyd edib ki, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması banklar arası bazarda faiz dərəcəsinin qismən aşağı düşməsinə gətirib çıxaracaq:

“Qeyd edim ki, kredit faiz dərəcələri hər bir ölkənin iqtisadiyyatının strukturundan və bazarda tələbdən asılı olaraq dəyişə bilir. Uçot dərəcəsi, inflyasiya və bankın mənfəət norması kredit faizlərinə təsir edən məqamlardır. Bankın mənfəət norması da müxtəlif ölkələrdə təxminən 3-5 faiz arasında dəyişir. Buna görə də, inflyasiya göstəricilərindən asılı olaraq kredit faizləri 30 faiz də, 12-13 faiz də ola bilər. Yaxud kredit tələbi məsələsi önəmlidir. Hətta bəzən banklar bazarda tələbin aşağı olmasından dolayı uçot dərəcəsinə çox yaxın şərtlərlə vəsait təklif etmək məcburiyyətində qalır”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar