Ru
21:15 / 01 Aprel 2024

Kredit faizləri azalacaq? - Ekspertdən açıqlama

3403
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 faizdən 7,5 faizə endirilməsi barədə qərar qəbul edib.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 faiz saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,75 faizdən 8,5 faizə endirilib.

Bəs, görəsən Mərkəzi Bankın qərarından sonra kredit faizləri azala bilər?




İqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov Bakupost.az -a açıqlamasında deyib ki, Mərkəzi Bankın uçot dərəcəsinin endirilməsi ilə bağlı qəbul etdiyi qərar ölkədə həyata keçirilən pul-kredit siyasətinə, investisiya mühitinə ciddi təsir göstərməyəcək:

“Bunu gözləmək sadəlövlük olardı. Belə ki, uçot dərəcəsinə uyğun pul-kredit siyasətinin tənzimlənməsi effektiv sayıla bilməz. Nəzərə almaq lazımdır ki, ölkədə fəaliyyət göstərən kommersiya banklarının öhdəliklərində Mərkəzi Bank tərəfindən verilən vəsaitlərin payı o səviyyədə deyil ki, bu faiz dərəcəsinin dəyişdirilməsi ilə bağlı olan qərar hansısa ciddi təsirlər göstərsin. Eyni zamanda Mərkəzi Bankın faiz dərəcəsi qısa müddətli əməliyyatlara aiddir ki, sözügedən əməliyyatlar isə nə pul-kredit siyasətini, nə də investisiya siyasətini ciddi təkana məruz qoymur. Ciddi təsirlər bu mexanizmlər vasitəsilə həyata keçirilmir. Ona görə bu qərarın qəbul edilməsi ilə bank sektorunda hansısa dəyişiklikləri gözləmək yersizdir”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər