Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp İstanbulda keçirilən danışıqların ikinci raundunun nəticələri barədə ətraflı danışıb, Ukraynanın Rusiyadakı mülki hədəflərə hücumlar həyata keçirərək, onları pozmağa çalışdığı müzakirə edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov Tramp-Putin telefon danışığının təfərrüatını açıqlayarkən deyib.
“Prezidentlər Ukraynanın Rusiya aerodromlarına endirdiyi zərbələri də müzakirə ediblər. ABŞ prezidenti rusiyalı həmkarının qiymətləndirmələrini diqqətlə dinləyib, amerikalıların Kiyevin planları barədə əvvəlcədən məlumatlandırılmadığını bildirib. Rusiya təxribatlara boyun əymədi”, - Uşakov deyib.