Ru
13:05 / 08 May 2024

"Kreml uzunmüddətli müharibəyə hazırlaşır" - Rasim Musabəyov

1291
"Rusiya-Ukrayna müharibəsinin yaxın zamanlarda bitməsi hələ ki, real görünmr. Bu münaqişə hələ bir müddət də davam edəcək. Böyük ehtimal ki, bir zamandan sonra dondurulacaq. Hələlik isə Kreml səfərbər olunub və uzunmüddətli müharibəyə hazırlaşır”.




Bu fikirləri Bakupost.az -a politoloq Rasim Musabəyov bildirib.

Onun dediyinə görə, cəbhədə heç bir tərəf irəli addımlaya bilmir. İnsan və maddi itkilər baxımından bu müharibədə İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük göstəricilər qeydə alınıb. Vəziyyət get-gedə daha da pisləşir:

“Hazırda üstünlük təşkil edən fikir ondan ibarətdir ki, prezident Putin və Rusiya hərbçiləri hətta Ukraynada tam uğursuzluq halında belə, nüvə silahına əl atmayacaqlar. Bu onunla əsaslandırılır ki, onun taktiki çeşidlərinin istifadəsi döyüş meydanında üstünlüyü təmin etmir və strateji istifadə intihara bərabərdir”.

Politoloq hesab edir ki, hərbi hərəkətlərin dayandırılması tamhüquqlu razılaşma ilə qeydə alınmalıdır. Əks halda münaqişə Koreya müharibəsi, Birinci və İkinci Qarabağ döyüşləri, Rusiya-Gürcüstan müharibəsinin dayandırıldığı texniki sənədlə məhdudlaşdırılacaq.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər