Ru
22:14 / 08 İyun 2024

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

2383
İyunun 9-da ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

Bakupost.az xəbər verir ki, sinoptiklərin məlumatına görə, Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboy, Daşkəsən, Ağdam, Tərtər, Bərdə, Şəki, Qax, Zaqatala, Göygöl, Gəncə, Naftalan, Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.

Ölkə ərazisində küləkli hava şəraiti iyunun 10-dək fasilələrlə davam edəcək.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər