Ru
12:48 / 04 İyun 2024

Kürdə batan 3 nəfərin axtarışları davam edir - VİDEO

1366
Xəbər verdiyimiz kimi, ötən gün Tovuzda “VAZ-2107” markalı avtomobil Hunanlar kəndindəki körpüdən Kür çayına aşıb.

Hadisə nəticəsində maşında olan 4 nəfərdən biri - 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub, 3 nəfərin isə suda batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən Bakupost.az -a verilən məlumata görə, hazırda vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə intensiv şəkildə axtarışlar davam etdirilir.

Qeyd edək ki, əraziyə Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər