Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:05 / 28 Mart 2024

“Layma Vaykule ilə bir səhnədə oxuyurdum, indi evim başıma uçur...” - Azərbaycanlı sənətçi

5004
Əməkdar artist Ədilə Əflaki bir neçə ildir ki, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq dövlət qurumlarına müraciətlər edir. Lakin bu müraciətlərin heç bir nəticəsi olmayıb.

Xanəndə bu barədə Bakupost.az -a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu il mədəniyyət sahəsində fəaliyyətinin 53 ili, özünün isə 70 yaşı tamam olacaq:

"Mədəniyyət Nazirliyinə müraciət etmişəm ki, heç olmasaŞ Prezident təqaüdü versinlər. Çünki daha heç kimə mənzil vermirlər”.



Ə.Əflaki xəstəlikdən əziyyət çəkən oğlunun pensiyasının da kəsildiyini deyib:

“Oğlumun əlillik pensiyasını kəsdilər. O, üçüncü qrup əlil idi Hərbi xidmətində olarkən ordudan tərxis etmişdilər. İndi çarəsiz qalıb fəhləlik edir. İstəyir ki, Slovakiyaya getsin. Bizə bir gün ağlayan olmadı. Özüm əməliyyat olunmuşam, evdən bayıra çıxa bilmirəm. Yalnız aldığım 360 manat pensiyayla dolanıram. Bu haqda danışmaqdan artıq utanıram. Qəzalı evdə yaşayıram, ev başıma uçur. Bir sözlə, kömək etmirlər”.

Ə.Əflaki Xalq artisti fəxri adının təsadüfi adamlara verilməsindən də gileylənib:

“Xalq artisti fəxri adını Röyaya veriblər, amma Aygün Bəylərə bu fəxri ad verilmədi. Mənim də heç öz haqqımı vermədilər, əlimdən alınan mülkimi qaytarmadılar. Hansından danışım? Xalqın artisti Röyadırsa, indi özünüz vəziyyəti analiz edin”.




Xanəndə bir vaxt dünya ulduzları ilə bir səhnəni bölüşdüyünü də bildirib:

“Layma Vaykule mənimlə bir səhnəni bölüşürdü. Mədəniyyət Nazirliyinə müraciət edəndə bunları da demişəm. Həmin müğənnilər Rusiyaya gedəndən sonra məşhur oldular”, - deyə xanəndə bildirib
.
Qeyd edək ki, latviyalı ulduz Layma Vaykule sovet dönəmində estrada müğənnisi kimi ilk addımlarını Azərbaycanda atıb. Tanınmış müğənni bir müddət “Azkonsert”in üzvü olub.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar