Ru
15:02 / 25 Noyabr 2024

Lənkəranda 2 maşın toqquşdu: Xəsarət alanlar var

Lənkəranda 2 maşın toqquşdu: Xəsarət alanlar var
Eye

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 3 nəfər - Masallı rayonunun Çayqırağı kənd sakini 1983-cü il təvəllüdlü Bəhruz İmanqulu oğlu Cəfərov, həmkəndlisi 1955-ci il təvəllüdlü Vəsilə Abdulrza qızı Hüseynova və Lənkəran rayonunun Qumbaşı kənd sakini 1992-ci il təvəllüdlü Hikmət Xanhüseyn oğlu Bəşirov xəsarət alıb.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar