Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az -ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralının 214-cü kilometrliyində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı iri gövdəli ağaca çırpılıb.
Qəza nəticəsində sürücü ölüb.
İki sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.