Ru
15:53 / 03 Aprel 2024

Lənkəranda yük maşını traktorla toqquşdu - Yaralılar var - FOTO

1873
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə Ələt-Astara magistralında Lənkəran rayonu ərazisində qeydə alınıb.


Belə ki, hərəkətdə olan yük avtomobili traktorla toqquşub. Yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin texnikası, canlı qüvvəsi və Cənub Regional Mərkəzinin xilasediciləri yük maşınında sıxılıb qalanları çıxarırlar.

Qeyd edək ki, qəza nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Lənkəranda yük maşını traktorla toqquşdu - Yaralılar var -  FOTO
Lənkəranda yük maşını traktorla toqquşdu - Yaralılar var -  FOTO
Lənkəranda yük maşını traktorla toqquşdu - Yaralılar var -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər