REAL TV-nin rəhbəri Mir Şahin Ağayev Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin ünvanına sərt ittihamlar səsləndirib.
Bakupost.az xəbər verir ki, "Torbadakı Avropa pişikləri" adlı süjetində onların
Avropa İttifaqının Bakıdakı ofisində səfir Peter Mixalko ilə məxfi görüşündən bəhs edib.
Müxalifət liderlərinin görüş barədə heç bir açıqlama verməməsini tənqid edən televiziya rəhbəri onları milli maraqlara xidmət etməməkdə suçlayıb.
AXC iqtidarını səbatsızlıqda günahlandıran Mir Şahin Ağayev vaxtilə Elçibəyin özünün də bunu etiraf etdiyini bildirib: "Xarici qüvvələr yaxşı bilirlər ki, onlar ölkəni idarə edə biləcək səviyyədə deyillər. Elə müəllimləri Elçibəy də bu gündə idi..."
Daha ətraflı videoda:
AXC hakimiyyəti hamılıqla heç bir xarici dövlət, ya qurumla, hətta qalan mediamız hamısı birlikdə MiriŞ qədər uzaq əcnəbilərin yaxın müsafiri olmayıblar? Çox gümanki, O, Aİ ilə görüşün məğzini uzaq şefi Martirosa borclu qalıb? Aİ ilə məxfi danışıq Azərbaycanamı, ya *separat*ca hərbi işğalımıza qarşı lütfən, hər kəs özü müəyən etməyə çalışsın.
Mən hər dəfə Mirsahinə qulaq asanda rəhmətlik Akademik Cəlal Əliyevin sert səkildə dediklərinə haqq qazandırıram. Jurnalist olaraq Azərbaycan Respublikasının Prezidentinə bu şəkildə replika atmaq məndə nifrət yaradır. Görəsən Mirsahinlərdən hacan canımız qurtaracaq. İnşallah Prezidentimiz bu üz qaralarından PRESS-amızı tezliklə temizləyər.