Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Bakupost.az xəbər verir ki, Azərbaycan və Ermənistan liderlərinin görüşündə iştirak edən nümayəndə heyətlərinin tərkibi açıqlanıb.
Görüşə liderələrlə yanaşı Azərbaycan tərəfindən Prezidenti köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan tərəfindən isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, baş nazirinin müavini Mher Qriqoryan, parlament sədrinin müavini Ruben Rubinyan qatılıblar.
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü 1 saatdır qapalı qapılar arxasında davam edir.
Zaur,
BakuPost