Ru
17:32 / 15 Mart 2023

Liman şəhərinin sakinləri "Açıq mikrofon"da - FOTO

1240
SOCAR "Azəriqaz" İB-nin bölgələrdə keçirdiyi "Açıq mikrofon" aksiyası növbəti dəfə Lənkəran şəhərində təşkil olunub.


Bakupost.az xəbər verir ki, tədbiri Lənkəran RQİİ-nin rəisi Namiq Məmmədov açıq elan edib.

Qurum rəsmisi ünvanlanacaq hər bir müraciətin Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildirib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin də iştirakı ilə keçirilən aksiyada mikrofon sakinlərin ixtiyarına verilib. Pərvanə Əzimova və Mayıs Sadıxov Digah kəndinin genişlənmiş hissəsinin sakinləri adından çıxış edərək yaşadıqları ərazinin qazlaşdırılmasını istəyiblər. Gülnarə Hümbətli Osaküçə kəndinin 27-yə yaxın fərdi yaşayış evinin qazlaşdırılması üçün küçə qaz xəttinin çəkilməsini xahiş edib.

Ünvanlanan 10-a yaxın müraciətdən biri isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub ki, bu da Abas Əliyev tərəfindən səsləndirilib. Hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.
Liman şəhərinin sakinləri "Açıq mikrofon"da -  FOTO
Liman şəhərinin sakinləri "Açıq mikrofon"da -  FOTO
Liman şəhərinin sakinləri "Açıq mikrofon"da -  FOTO
Liman şəhərinin sakinləri "Açıq mikrofon"da -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər