Şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara 2025-2026-cı tədris ili üzrə qəbul prosesinə start verilir. Minlərlə şagird bir neçə aydır ki, bu imtahana hazırlaşır. Lakin ötən illərdən fərqli olaraq, bu il qəbul yalnız 6-cı sinif şagirdləri üçün elan edilib.
Bakupost.az -a müraciət edən şikayətçi bildirir ki, övladı 5-ci sinifdə təhsil alır və 6 aydır ki, bu imtahana hazırlaşır.
“Övladım 6 aydır 3 fəndən hazırlığa gedir, hər birinin qiyməti 100 manatdan bahadır. Bu müddətdə özüm də yollarda qalmışam, bəlkə də benzinə 1000 manatdan çox pul xərcləmişəm. İmtahana 20 gün qalmış elan ediblər ki, 5-ci sinif şagirdləri üçün qəbul aparılmayacaq. Mənim kimi digər valideynlər də narazıdır”.
Məsələ ilə bağlı Azərbaycan Təhsil İntitutuna sorğu ünvanladıq. Qurumdan bildirildi ki, sözügedən mövzu institutun diqqətindədir və müzakirələr aparılır. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.
Aysel,
BakuPost
Salam Mən liseyə qəbul üçün yuxusuz qalıb hazırlaşıram və 3 dənə hazırlıqlara gedirəm hər birinin ödənişi 80 manatdır gecələr yuxusuz qalıb hazırlaşıram İmtahana 20 gün qalmış elan olunur ki imtahana qəbul olmayacaq mən 7 də oxuyuram 8 ci sinifi kimya biologiya təmayüllü liseydə davam etirməy istəyirəm zəhmət olmasa Təhsil nazirliyi bu haqda tədbir görsün .