İngiltərənin məşhur kitabxanası olan British Library-də açıq iftar süfrəsi təşkli edilib.
Bakupost.az xəbər verir ki, proqrama başqa din və inanclardan olan insanlar və müsəlmanlar qatılıb.
İftardan əvvəl kitabxanada azan oxunub, dualar edilib.
Qeyd edək ki, Ramazan Çadırı Layihəsi çərçivəsində həyata keçirilən açıq iftar proqramları 2013-cü ildə İngiltərədə qurulub və bu il 10-cu ildönümünü qeyd edib.
Bu iftar süfrəsi icmaları bir araya gətirərək Ramazan ayının ruhunu yaymaq məqsədi daşıyır.
Aynur
BakuPost