Ru
23:27 / 25 Noyabr 2026

LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı

LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı
Eye

"LUKOIL şirkətinin Azərbaycanda və Qazaxıstanda həyata keçirdiyi layihələr unikal və uğurlu olub".


"Bakupost" xəbər verir ki, bunu neft şirkətinin təsisçisi Vahid Ələkbərov "Rusiya ilə neftdə birik. LUKOIL şirkətinin 35 illiyinə" adlı sənədli filmində bildirib.

"Biz xarici layihələrə Azərbaycan və Qazaxıstandan başladıq. Unikal layihələr hazırlandı. Bu ölkələrin böyük rəhbərləri onların işlənməsi üçün investisiyaların cəlb edilməsinə imkan yaratdılar. Bu gün Bakıya baxmaq, əlbəttə, xoşdur. Çünki həm Heydər Əliyev, həm də Azərbaycan Prezidenti İlham Əliyev yataqların işlənməsi və bu vəsaitlərin insanların rifahı naminə istifadə olunması üçün çox iş görüblər. Şəhərlər dəyişib, gözəlləşib", - deyə LUKOIL rəhbəri qeyd edib.

Ələkbərov vurğulayıb ki, şirkət həmişə fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyinə uyğun işləyib.

"Yəqin xatırlamazsınız ki, LUKOIL şirkəti ilə bağlı hər hansı sosial və ya siyasi qalmaqal olsun. Biz həmişə razılığa gəlmək və problemləri həll etmək üçün imkanlar tapmışıq", - deyə Ələkbərov bildirib.

Qeyd edək ki, daha əvvəl amerikalı sahibkar Todd Boulinin rəhbərlik etdiyi konsorsiumun Rusiyanın LUKOIL neft şirkətinin xarici aktivlərini almaq barədə razılaşma əldə etdiyi məlum olub. Bu barədə "Reuters" agentliyi konsorsiumun nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, təxminən 10 milyard dollar dəyərində olan sövdələşmədə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası da iştirak edib. Tərəflər müqavilənin şərtlərinin "milli təhlükəsizliyin təmin olunmasına" uyğunluğunu təsdiqləmək üçün ABŞ Maliyyə Nazirliyinin razılığını gözləyirlər.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar