Ru
16:20 / 17 Yanvar 2026

Maaşların verilmə müddəti dəyişdirildi

Maaşların verilmə müddəti dəyişdirildi
Eye

Əmək haqqının verilməsi müddətləri qaydalarında dəyişiklik edilib.

Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Daha əvvəl aylıq əmək haqqı işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməli idi. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayaraq verilməli idi.

Qanuna əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək.

Şərhlər
  • Zohre

    İsiq idaresi bu ayin maasin gelen ay verir bu ne demekdir.nezaret olunsun.naxcivan

  • Babayev Hüseyn

    Bu qanun bütün şirkətlərə ayiddi?

  • Atsu gulluova

    Tərtər

  • A.Musavi

    Lazım deyil. Ele bütov versjnlər. Yarı yarı verəndə əldə hec nə qalmır

  • Nəsibov edalet

    Bəli ayda iki dəfə verilmelidir

  • Mirzəyev uğur

    Mənim maaş kartım az qalıb bir ay ola gəlib çıxmayıb elə dersən müdirə deyr hazır deyil havax gələcək bilinmir Xocavənd qəsəbəsi

  • İmamverdiyev Elnur

    Hec biz iki aydı ala bilmirik əmək haqqi

  • Emin AGAZADƏ

    Ağsu

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar