Ru
23:18 / 26 İyun 2025

Macarıstan Aİ-də Ukrayna ilə bağlı bu bəndi blokladı

Macarıstan Aİ-də Ukrayna ilə bağlı bu bəndi blokladı
Eye

Macarıstan Avropa İttifaqı (Aİ) sammitində Ukrayna ilə bağlı yekun bəyanatın qəbul edilməsinə mane olub.

Bakupost.az xəbər verir ki, bu, Avropa Şurasının Ukrayna ilə bağlı müzakirələrdən sonra yaydığı məlumatda və sammitin yekun sənədinin layihəsində qeyd olunub.

Bəyanatda Ukrayna ilə Aİ-yə üzvlük danışıqlarının başlanmasına dəstək verən bənd Macarıstan tərəfindən bloklanıb.

Yekun bəyanat layihəsini Aİ-nin 27 ölkəsindən 26-sı qəti şəkildə dəstəkləyib. Avropa Şurası oktyabrda keçiriləcək növbəti iclasında bu mövzuya qayıdacaq.

Macarıstan əvvəllər xəbərdarlıq etmişdi ki, Ukraynanın İttifaqa qoşulmasını heç bir halda dəstəkləməyəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar