Ru
13:22 / 01 May 2024

Mağazalardan 200-ə yaxın kəsici-deşici alət götürüldü

1262
Sabunçu rayonunda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

DİN-in mətbuat xidmətindən Bakupost.az -a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün Zabrat, Pirşağı və Bakıxanov qəsəbələri ərazisində keçirdikləri tədbirlərlə 9 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 188 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər