Ru
17:59 / 07 İyun 2025

Maskla barışmağım üçün… - Tramp

Maskla barışmağım üçün… - Tramp
Eye

Donald Tramp amerikalı sahibkar İlon Maskdan Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri vəzifəsində işlədiyi səbəbdən ona verilən simvolik qızıl açarı Ağ Evə qaytarmağı tələb etməyəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Tramp özü mediaya açıqlamasında deyib.

“Xeyr, mən əşyaları geri almıram”, - Tramp jurnalistin bu yöndə sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, Çin, Rusiya və İranla bağlı məsələlərlə o qədər məşğuldur ki, İlon Mask haqqında düşünmür:

“Mən ona sadəcə uğurlar arzulayıram”.

O, həmçinin vurğulayıb ki, onu Maskla barışdırmaq üçün səylər göstərilməsində maraqlı deyil:

“Səylər edilir, amma bu məni xüsusi maraqlandırmır. Ölkənin üzləşdiyi problemlərin həllinin vacibliyi ilə maraqlanıram”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar