Ru
09:14 / 14 May 2024

Mayın sonunadək Şuşaya köçürüləcək əhalinin sayı açıqlandı

1377
“May ayının sonu, iyun ayının əvvəllərinə qədər Şuşaya 370 ailənin, 1450 nəfərin köçürülməsi planlaşdırılır. Bundan sonra da mərhələli şəkildə köç davam edəcək və hər bir şuşalı öz doğma torpağında şad-xürrəm yaşayacaq”.

Bakupost.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva deyib.

O bildirib ki, bu gün şuşalılar çox xoşbəxtdir:

“İnsanlarımız çox sevinclidirlər. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Müzəffər Ordumuza, qazilərimizə, şəhidlərimizə minnətdarıq. Ali Baş Komandanın böyük siyasəti, diplomatiyası, rəşadəti sayəsində bu xoşbəxtlik bizə nəsib olub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər