Ru
20:36 / 07 İyun 2024

Tibb Mərkəzi rəhbərinin otağından 8750 manat oğurlandı

1190
"Medikus Clinic"in İmişli filalında - "Medisan Tibb Mərkəzi"ndə oğurluq olub.

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1977-ci ildə Ağdam rayonu, Mahrızlı kəndində doğulmuş Samir Novruzov (şərti) saxlanılıb.

O, hadisəni 1 fevral 2024-cü il tarixədə törədib. Belə ki, Samir MMC-nin klinikasına daxil olub və "buranın müdirinin adı nədir və haradadır" deyə soruşub. Bundan sonra klinikanın Vüqar adlı müdirinin xidməti otağına daxil olaraq, siyirmədə olan 8750 manat pulu oğurlayıb.

Məhkəmənin qərarı ilə Samir Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər